"Davamçı Gənclərin Birinci Forumu" baş tutdu - FOTO 

Hazırda oxunan: "Davamçı Gənclərin Birinci Forumu" baş tutdu - FOTO 

69026

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” həyata keçirilib.

Bizim.Media xəbər verir ki, forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər Siyasəti və İdman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Naqif Həmzəyev, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları və 200-dən çox gənc iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Davam”ın təşkilatçılığı ilə “Könüllü həftəsi” keçirildi - FOTO


Forumun əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Həmçinin tədbirdə ötən iki il ərzində "Davam" Gənclər Hərəkatınının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi baş tutub.

Belə ki, Azərbaycan Dillər Universitetinin rektoru, Birinci dərəcəli dövlət müşaviri, akademik Kamal Abdulla, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev və  o cümlədən "Badamlı Mineral Sular", "Az-Granata", "İl-Azero" şirkətləri təşəkkür plaketi ilə təltif olunub.

O cümlədən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 2020-2021-ci illər ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Hərəkatın təsis etdiyi və ildə bir dəfə yalnız bir nəfərin təltif olunduğu “Davamçı” Milli Mükafatına layiq görülüb.
Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və  “Davam” adlı klip nümayiş olunub.

Səkinə Yusibli, Rəşad Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO