Azərbaycanda itkin düşən kişinin meyiti tapıldı

Azərbaycanda itkin düşən kişinin meyiti tapıldı

Hazırda oxunan: Azərbaycanda itkin düşən kişinin meyiti tapıldı

68942

Lənkəranda itkin düşən 39 yaşlı kişinin meyiti tapılıb. 

Bizim.Media-nın cənub bürosunun məlumatına  görə, Nərimanabad qəsəbə sakini 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkar olunub. 

Sakinlər bildiriblər ki, A.Məmmədov  martın 27-dən etibarən yaxınları  tərəfindən  axtarılıb.

Onun aşkar olunduğu həyət Rusiya  Federasiyasında  yaşayan  Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə  uzun  müddətdir  yaşayış  olmayıb.  Meyit  qonşular tərəfindən  həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə  tapılıb. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO