Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verildi – FOTO

Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verildi – FOTO

Hazırda oxunan: Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verildi – FOTO

68910

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın icrası davam edir.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, cari ilin ötən dövrü ərzində proqram çərçivəsində bu ilin əvvəlindən 461 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.

2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 219 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 700 nəfər işlə təmin edilib.

Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO