Narkotik qəbul edib maşın sürdü – POLİS SAXLADI / FOTO

Narkotik qəbul edib maşın sürdü – POLİS SAXLADI / FOTO

Hazırda oxunan: Narkotik qəbul edib maşın sürdü – POLİS SAXLADI / FOTO

68888

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar.

Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub.

A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO