Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında genişmiqyaslı silsilə ağacəkmə və meşəbərpa tədbirləri keçirilir.
Bizim.Media xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə və meşəbərpa tədbirlərində Nazirliyin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə gün ərzində Qobustan, Sabirabad, Ağcabədi, Masallı, Quba, Şabran, Göygöl və Gədəbəy rayonlarının ümumilikdə 12 hektar meşə fondu torpağında 20 000-dən çox meşəcinsli ağac əkilib, 500 kq toxum səpilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı yaz-payız əkin mövsümlərində ölkənin açıq meşə fondu torpaqlarının 1000 hektar ərazisində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və meşəbərpa tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 10.04.2022
“Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası - FOTO
Hazırda oxunan: “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası - FOTO
Hazırda oxunan: “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası - FOTO
68861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.