Qazdan istifadədə yeni CƏZA – Xidmət qaydalarını pozanlara hansı qurum NƏZARƏT EDƏCƏK?

Qazdan istifadədə yeni CƏZA – Xidmət qaydalarını pozanlara hansı qurum NƏZARƏT EDƏCƏK?

Hazırda oxunan: Qazdan istifadədə yeni CƏZA – Xidmət qaydalarını pozanlara hansı qurum NƏZARƏT EDƏCƏK?

68803

Xəbər verildiyi kimi may ayının 1-dən etibarən qazdan istifadədə yeni cərimələr tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, havalandırma, havadəyişmə xətlərinə, eləcə də texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu qaydaların pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Binaların zirzəmilərindəki QAZ BALONLARI – “Hər gün partlayış ola bilər, nəzarətçi qurum yoxdur”


Maraqlıdır, texniki xidmət qaydalarının pozulması necə tənzimlənəcək və nəzarəti hanaı qurum həyata keçirəcək?

Məsələ ilə bağlı kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Bizim.Media-ya bildirib ki, yeni qanun heç də effektli olmayacaq. Əvvəlcə texniki xidmət qaydalarının pozuntusunu aşkar edən xüsusi nəzarət qurumu müəyyənləşməli və cəza da sərtləşməlidir:

“1929-cu ildən Azərbaycan qaz işlədir. Mükəmməl də qanunlarımız var. Amma qanunlara nəzarət edən yoxdur. Kiminsə cibindən bıçaq və ya qumbara tapılırsa, onu həbs edirlər. Qazın təhlükəsi o qumbaradan da dəhşətlidir. Təssüf ki, qazdan təhlükəsiz istifadə qaydalarını pozub, ətrafdakıları, qonşuları təhlükə altında qoyan, ölümünə, evinin dağılmasına səbəb olan insanlara Cinayət Məcəlləsində heç bir cəza nəzərdə tutulmur. Biri gedib qonşunun toyuğunu oğurlayır, ona iş verirlər. Qazın borularını oğurlayanlara isə heç bir cəza tədbiri görülmür. Ona görə də hərc-mərclikdir. Kefi istəyən qazı oğurlayır, boruları rezinlə birləşdirir, istifadəyə yararsız balonlara maye qaz doldurub yaşayış binasının altında istifadə edir. Bunları axtarmaq lazımdır. Yoxsa qanunu mən oxudum, heç nə başa düşmədim”.

Ekspertin sözlərinə görə Sovet dövründə texniki xidmət qaydalarının pozulmasına icra mühafizə cəmiyyətinin zabitləri nəzarət edirdi:

“Bir-bir evləri gəzib qaz qurğuları və qaz xətlərini, tüstü bacalarına, havalandırma, eləcə də havadəyişmə xətlərini yoxlayırdılar. Yanğın təhlükəsi yaradan halların hamısının qarşısını alırdılar. Buna profilaktik xidmət deyilirdi. İndi o profilaktik xidmət tamamilə unudulub. Heç kim gedib qapını döyüb soruşmur ki, evdə benzin saxlayırsan, yaxud balon istifadə edirsən.

Gözəllik salonları, dəlləkxana və dönərxanalarda propan qazından istifadə edənlərlə maraqlanan yoxdur. Cinayət Məcəlləsində bunlara qarşı ciddi cəza növləri olamalıdır. Cərimə və xəbərdarlıq kimi cəzalar effekt verməyəcək.

Fikrimcə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunmalıdır. Qazın təhlükəsiz istifadəsini pozanlara qarşı cinayət işi açılmalıdır. Mingəçevirdə bir nəfər tüstü borusunun qonşunun vintilyasiya kanalına birləşdirib.
Bu isə yuxarıdakı 11 nəfəri zəhərləyib. Bu məgər xətadır? Xeyr, bu cinayətdir. Onda sürücülər də yoldakı piyadaları vurub öldürsünlər ki, xəta ediblər? Deyirlər ki, “Azəriqaz”da qaz itkisi var. Qaz itkisi haradan əmələ gəlib? Əlbəttə də oğurluqdan... Toyuq oğurlayana daha çox cəza verirlər, nəinki qaz oğurlayana...”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO