Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO

Hazırda oxunan: Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO

68798

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycan Texniki Universitetində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Masazır kənd 1 nömrəli, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon Soltan Əliyev adına Haftoni qəsəbə, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon Ərəbqardaşbəyli kənd, Aran Regional Mərkəzi tərəfindən isə Goranboy rayon A.Məmmədov adına 3 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən sutka 26 yanğın olub, 5 nəfər xilas edilib 


Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb.
Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO