Şabranda avtomobil körpüdən aşdı - Yaralı var

Şabranda avtomobil körpüdən aşdı - Yaralı var

Hazırda oxunan: Şabranda avtomobil körpüdən aşdı - Yaralı var

68581

Şabran rayonunda yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar.

Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO