Sumqayıtda “parkovşik”ə təpik atan qadın sürücü saxlanıldı - VİDEO

Sumqayıtda “parkovşik”ə təpik atan qadın sürücü saxlanıldı - VİDEO

Hazırda oxunan: Sumqayıtda “parkovşik”ə təpik atan qadın sürücü saxlanıldı - VİDEO

68328

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub, o, saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov yayıb.

O, qeyd edib ki, həmin qadın P.M. (ad, soy adı şərti) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Xatırladaq ki, hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib.

Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO