Gecə klubundakı partlayışda yaralananların SON DURUMU

Gecə klubundakı partlayışda yaralananların SON DURUMU

Hazırda oxunan: Gecə klubundakı partlayışda yaralananların SON DURUMU

68316

Səbail rayonu ərazisində baş vermiş partlayışda xəsarət alanların son vəziyyətini açıqlanıb.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

"Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb. Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib", - qurumdan bidirilib.

Qeyd edək ki, ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət almış, 1 nəfər vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO