Türkiyənin bu qurumu Gəncədə aztəminatlı ailəyə ev verdi - FOTO

Türkiyənin bu qurumu Gəncədə aztəminatlı ailəyə ev verdi - FOTO

Hazırda oxunan: Türkiyənin bu qurumu Gəncədə aztəminatlı ailəyə ev verdi - FOTO

68275

Türkiyənin “İnsan Hak və Hürriyetleri İnsani Yardım Vakfı” Ramazan ayında Gəncədə ehtiyacı olan bir ailəyə mənzil hədiyyə edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Hər zaman hər yerdə yaxşılıq” devizi ilə fəaliyyət göstərən xeyriyyə təşkilatı hər il bu tip təşəbbüslərlə çıxış edirlər.

Ötən il bir sıra aztəminatlı ailə ilə görüşərək yardım paylayan xeyriyyə təşkilatının üzvləri dünən yeni mənzilin açarlarını Solmaz Həsənovaya  təqdim ediblər. 

Daha sonra isə yeni mənzildə Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, “İnsan Hak və Hürriyetleri İnsani Yardım Vakfı”nın Orta Asiya və Qafqaz üzrə koordinatoru Məhəmməd Həmzə Nədimoğlu və başqaları iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni mənzil münasibətilə ailə üzvlərini təbrik edərək, onlara hədiyyə təqdim edib. 
Solmaz Həsənova isə öz növbəsində, göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO