Restoranda liftin qırılması faktı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Restoranda liftin qırılması faktı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Restoranda liftin qırılması faktı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

68266

Bakının restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Qeyd edilib ki, Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO