DTX-yə yeni səlahiyyət verildi 

DTX-yə yeni səlahiyyət verildi 

Hazırda oxunan: DTX-yə yeni səlahiyyət verildi 

68163

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə cərimə tətbiq etmək səlahiyyəti verilib.

Öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 606.2.3-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.
Çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə isə əlli manat məbləğində cərimə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO