Beynəlxalq Komissiya müharibədə itkin düşənlərin qalıqlarının müayinəsi ilə tanış oldu

Beynəlxalq Komissiya müharibədə itkin düşənlərin qalıqlarının müayinəsi ilə tanış oldu

Hazırda oxunan: Beynəlxalq Komissiya müharibədə itkin düşənlərin qalıqlarının müayinəsi ilə tanış oldu

68111

Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Katrin Bomberger və İCMP-nin Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer aprelin 5-də Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə (MTE və PA Birliyi) olublar. 

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, "MTE və PA Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları xüsusilə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə məlumatlandırıb. 

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlarda meyit qalıqlarının məhkəmə-tibbi maddi sübutlar şəklində “MTE və PA Birliyi”nin müvafiq şöbələrində qəbulu təşkil edilir.

Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş meyit qalıqlarının məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir. 
Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası, meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilməsi vurğulanıb. 

Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının meyit qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib. 

Daha sonra İCMP-nin rəhbərliyi “MTE və PA Birliyi”nin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus meyit qalıqlarının məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olublar, tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO