“Bələdiyyələr ölü doğulub” – Qüdrət Həsənquliyevdən islahat TƏKLİFİ

“Bələdiyyələr ölü doğulub” – Qüdrət Həsənquliyevdən islahat TƏKLİFİ

Hazırda oxunan: “Bələdiyyələr ölü doğulub” – Qüdrət Həsənquliyevdən islahat TƏKLİFİ

68093

“Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub. Yaradılanda da məqsəd o deyildi ki, icra hakimiyyəti orqanlarının səlahiyyətləri onlara ötürülsün”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib.

Deputat fikirlərinin davamında, bələdiyyələrin səlahiyyətlərinin az olduğunu bildirib.

“Onların səlahiyyətlərinin artırılması vacibdir. Yerli icra hakimiyyəti orqanları öz səlahiyyətlərinin bir qismini bələdiyyələrə ötürülməlidir. Bu sahədə ciddi islahatlara ehtiyac var.
Bələdiyyələr yaradılan zaman, Avropa bizdən tələb edirdi ki, yerli seçkili idarəetmə orqanları yaradılsın. Biz bələdiyyəni hökumət orqanı kimi yaratmamışdıq. Lakin onların bu yöndə fəaliyyət göstərməsi, hazırki vəziyyəti ortaya çıxarıb”.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO