“Bizim dövlət qurumları yaxşı hesabat hazırlamağı bacarır. Kaş, hər şey yazılan kimi ola idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib.
Deputat fikirlərinin davamında, bələdiyyələrin fəaliyyətindəki problemlərə də diqqət çəkib:
“Konkret iş görmək və dəyər yaratmaq zəruridir. 23 ildir yaradılan bələdiyyələr “torpaqsatan” imici ilə tanınırsa, vətəndaşlar onlara vergi vermirsə, onlara inam yoxdursa, mənfi münasibətə malik qurumlardan biridirsə, bu, yalnız onların günahı deyil. Bu bizim hər birimizin günahıdır".
Millət vəkili bələdiyyələrin biznes fəaliyyəti ilə məşğul olmasının vacibliyini və onların maliyyə imkanlarının genişlənməsinin vacib olduğuna diqqət çəkib.
Murad Əhmədov, Bizim.Media