Bakı Böyük şəhər Bələdiyyəsi yaradılacaq? - TƏKLİF

Bakı Böyük şəhər Bələdiyyəsi yaradılacaq? - TƏKLİF

Hazırda oxunan: Bakı Böyük şəhər Bələdiyyəsi yaradılacaq? - TƏKLİF

68086

Yeni qanunvericilik bazasının hazırlanması vacibdir. Bələdiyyə sahəsində kifayət qədər qanun var. Lakin onların hamısının Bələdiyyə məcəlləsi şəklində birşlədirilməsi daha məqsədəuyğun olardı.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib.

Bələdiyyələrin birləşdiirlməsinin vacibliyinə də diqqət çəkib. Millət vəkili 1600-dən çox bələdiyyənin olduğunu bildirib və işğaldan azad olunmuş ərazilərdə daha 500 bələdiyyə yaranacağını diqqətə çatdırıb.

Siyavuş Novruzov bələdiyyələrin fəaliyyəti ilə bağlı aşağıdakı təklifləri irəli sürüb:

1. Bələdiyyə üzvlərin sayının azaldırlmasını da təklif edirik. Onların sayının 3-7 arasında olması daha yaxşı olardı;

2. İlkin olaraq, Gəncə və Sumqayıt şəhərlərində vahid şəhər bələdiyyələrin yaradılması, sonrada effektli olarsa, Bakı böyükşəhər bələdiyyəsinin yaradılması təklif oluna bilər;

3. Bələdiyyələrə onlayn iclas keçirilməyə icazə verilməsi;

4. Bələdiyyələrin maliyyə dayanıqlılıqlarının artırılması üçün müxtəlif sahələrin bələdiyyələrə verilməsi;

5. Bələdiyyələrin vergi ödəyicilərinə sanksiya tətbiq etmək hüququnun verilməsi;

6. Qəbristanlıqların bələdiyyələrə verilməsi. Bu barədə NK-nin müvafiq qərarı iki il əvvəl qəbul olunub, lakin hələ də tam yerinə yetirilmir;

7. Bələdiyyə torpaqlarının xəritəsi bələdiyyələrə təqdim olunmalıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO