10 min azərbaycanlı sərhəddə qaldı - Ölkəyə qayıda bilmirlər 

10 min azərbaycanlı sərhəddə qaldı - Ölkəyə qayıda bilmirlər 

Hazırda oxunan: 10 min azərbaycanlı sərhəddə qaldı - Ölkəyə qayıda bilmirlər 

68076

“10 min azərbaycanlı Dağıstan-Azərbaycan sərhədində qalıb və ölkəyə qayıda bilmir. Bir aya yaxındır bu məsələ qaldırılsa da hələ də öz həllini tapmayıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək


Deputat Rusiya-Azərbaycan sərhədində qalan vətəndaşlarımızın ölkəmizə qayıtması məsələsinin həllinin vacibliyinə diqqət çəkib: 

“Ötən iclasda həmkarım Qüdrət Həsənquliyev də həmin insanların konstitusion hüquqlarının pozulduğunu qeyd etmişdir. Ümidvaram ki, Azərbaycana qayıtmaq istəyən 10 minə yaxın vətəndaşımızın problemi yaxın vaxtda öz həllini tapacaq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO