Zəfər Günü ilə bağlı kinostudiya iki film çəkir

Zəfər Günü ilə bağlı kinostudiya iki film çəkir

Hazırda oxunan: Zəfər Günü ilə bağlı kinostudiya iki film çəkir

6803

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Vətən müharibəsinə həsr olunan iki sənədli film çəkir.

Bunu Bizim.Media-ya açıqlamasında kinostudiyanın direktoru Fariz Əhmədov söyləyib.

Onun sözlərinə görə, filmin birinin adı “44 gün”, digəri isə “Biz” filmidir:

''İkinci filmin ssenari müəllifi və rejissoru Orman Əliyevdir. Hər iki filmin çəkilişi üçün Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanıb. Ssenarilər artıq istehsaldadır''.

''Vətən müharibəsi ilə bağlı sənədli filmlərin çəkilməsinə dair Mədəniyyət Nazirliyinin müsabiqəsi olacaq. Nazirlikdə bədii filmlərlə bağlı isə yeni qaydaların üzərində işlənilir''.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO