Ramazan ayının dördüncü gününün imsak və iftar VAXTI 

Ramazan ayının dördüncü gününün imsak və iftar VAXTI 

Hazırda oxunan: Ramazan ayının dördüncü gününün imsak və iftar VAXTI 

67998

Sabah Ramazan ayının dördüncü günüdür. 

Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən xəbər verir, aprelin 5-də imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir. 

Dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”. 

Tərcüməsi: “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO