MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyi növbəti qəbulu elan etdi

MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyi növbəti qəbulu elan etdi

Hazırda oxunan: MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ: Müdafiə Nazirliyi növbəti qəbulu elan etdi

67949

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin növbəti qəbulunu elan edib.

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, qəbul komissiyaları fəaliyyət göstərən yerlərdə müraciət edənlərin rahat və qısa müddətdə tibbi müayinədən keçmələri üçün səyyar hərbi həkim komissiyaları yaradılıb.

Görülən uğurlu işlərin nəticəsidir ki, əvvəlki illər ilə müqayisədə bu il hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan gənclərin sayı xeyli artıb. Namizədlərin sayının çoxluğu nəzərə alınaraq Müdafiə Nazirliyinin rəhbərliyi yenidən növbəti qəbul prosesininin başlanması ilə bağlı göstəriş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT - VİDEO


Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər aprelin 4-dən cari ilin sonunadək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir.

Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il aprelin 4-dən cari ilin sonunadək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO