MTK-lar soyğunçuluq edir – Əhali üçün xidmət haqları necə hesablanır? – CAVAB 

MTK-lar soyğunçuluq edir – Əhali üçün xidmət haqları necə hesablanır? – CAVAB 

Hazırda oxunan: MTK-lar soyğunçuluq edir – Əhali üçün xidmət haqları necə hesablanır? – CAVAB 

67616

İllər öncə, ta uşaqlığımızdan xatırlayırıq ki, yaşadığımız ərazinin İcra Hakimiyyətinin tabeliyindəki "JEK" adlandırılan Mənzil Təsərrüfat Birliyinə hər ay zibillərin yığılması, təmizlik işlərinin aparılması xidmətlərinə görə, ödənişlər olunurdu.

Burada təsbit olunan qiymətlər isə xidməti ərazinin böyük olmasına baxmayraq sakinlərin gözünə o qədər də görünmürdü.

Hazırda bu proses çoxmənzilli yaşayış binalarında MTK-ların özləri tərəfindən həyata keçirilir. Sakinlərin bir çoxu qiymət artımından şikayətçidir. Onlar qiymətlərin yuxarı, xidmət keyfiyyətinin isə aşağı olduğundan gileylənirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər? – RƏSMİ CAVAB 


Bəs sakinlər bu halda nə etməlidirlər? 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə MTK-ların xidmətə görə tələb etdiyi aylıq ödənişlərə artım etməsi faktını təsdiqləyib. O, Bizim.Media- ya xidmət haqqının artımına səbəb olan məsələlərdən danışıb:

"Aylıq ödənişlərə əsasən mühafizə, təmizlik, bağban və digər göstərilən xidmətlərə görə əsaslanır. Həmçinin MTK daimi olaraq su təminatı həyata keçirir. Lakin bu ənənəvi olaraq "Azərsu" tərəfindən verilmir. Birbaşa olaraq su MTK-nın anbarına vurulur, paylanılması prosesi də tikinti korporativlərinin öhdəliyində olur və nasoslar vasitəsilə paylanılır.

Həmin nasosların həmçinin binadakı liftlərin işləməsi üçün elektrik xərcləri tələb olunur. Bu kimi xidmətlər sakinlərə evin kvadratına görə minimum 20 qəpikdən başlayaraq maksimum 2 manat 70 qəpik civarında təqdim olunur. Çoxmərtəbəli yaşayış binaların bəzilərindəki yüksək qiymət sakinlərə göstərilən xidmətlərlə bağlıdır ki, həmin binalara kino-teatr, hovuz vətəndaşların rahatlığını, istirahətini təmin edə biləcək digər xidmətlər daxildir. Lakin əks təqdirdə sakinlərdən yüksək xidmət haqqının tələb olunması qeyri-məqbuldur".

Ekspertin sözlərinə görə, haqsız qiymət artımının qarşısı alınması üçün sakinlər özləri müştərək cəmiyyətlərini yaratmalıdırlar:

"Məlumdur ki, 2022-ci ilin yanvar ayından etibarən minimum əmək haqları 300 manata qaldırıldı və təbii olaraq MTK sahibləri də işçilərin maaşını qaldırdığı üçün ödənişlərdə artım var. Həmçinin kommunal tariflərin bahalaşması da xidmət haqqına təsir göstərir. Ümumiyyətlə mənzillər 51%-dən artıq dolursa, bu halda MTK öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə təhvil verməlidir. Bu cəmiyyətlər hər bir binanın saxlanılmasına görə aylıq olaraq xərcləri müəyyən etməlidir. Bütün xərclər müəyyən edildikdən sonra binada yaşayan vətəndaşların mənzillərinin sahələrinə görə ödəniş tənzimlənməlidir".

Ramil Qasımzadə vətəndaşların bu mövzuda diqqətli olmalarını qeyd edərək, onların hüquqlarını da diqqətə çatdırıb: 

"Mənzil Məcəlləsində də qeyd olunduğu kimi Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilməlidir və sakinlər birbaşa olaraq qurumdan ödənişlərin hansı xərclərə sərf olunduğunu tələb etməlidirlər. Çox təəssüflər olsun ki, bununla bağlı sərəncam olsa da bəzi mənzil tikinti korporativləri hələ də bələdiyyələrə bu işi təhvil verməyib.
Ölkəmizdə bu proses hələ də ləng gedir. Ona görə də MTK-lar bu haldan sui-istifadə edərək sakinlərdən artıq pul ala bilərlər. Vətəndaşlar bu mözvuda diqqətli olmalı, tələb olunan pula görə, müəyyən olunmuş xərclər haqqında məlumat almalı və evin ölçüsünə uyğun şəkildə bölgü aparılmalıdır.

Bəzən sakinlər şikayət edirlər ki, biz həmin binada yaşamırıq amma yenə də aylıq pul tələb olunur. Lakin bu doğrudur, sakin həmin binadakı evində yaşamasa belə həmin xidmətlər olunur və ödənişin tələb olunması normaldır".
Ekspert əlavə olaraq bildirib ki, yuxarıdakı halda vətəndaş MTK rəhbərliyi ilə birgə razılıq əldə edərək xidmət haqqının yarı qismini ödəyə bilər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO