Saçlarınız quruyub və qırılırsa bunları edin

Saçlarınız quruyub və qırılırsa bunları edin

Hazırda oxunan: Saçlarınız quruyub və qırılırsa bunları edin

67573

Saç tökülməsinin, qurumasının qarşısını almaq heç də çətin və ya bahalı prosedur deyil. Bunu ev şəraitində asanlıqla edə bilərsiniz. Tənbəl olmayan xanımlar bu bəladan ev şəraitində asanlıqla qurtula bilərlər.

Bizim.Media saçlarınızdakı problemi aradan qaldırmanız üçün bəzi məsləhətlər təqdim edir:

· Əgər saçlarınız hansısa vitamin çatışmaşlığı səbəbindən tökülürsə, bu zaman çoxlu ət, meyvə, ən əsası alma, göyərti yeməyiniz məsləhətdir. 

· Zeytun yağını saçınızın dibinə çəkib, 20 dəqiqə saxladıqdan sonra həmin tərkibli şampunla yuyun.

· Zəncəfil şirəsini küncüd yağı ilə qarışdırıb, saçın diblərini onunla masaj edin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

· Bir soğanı sıxıb, şirəsini çıxarın. Üzərinə gənəgərçək yağı, 1 ədəd yumurtanın sarısını əlavə edib, qarışdırın. Gənəgərçək yağını zeytun yağı ilə də əvəz etmək olar. Saçınızı yumazdan 45 dəqiqə əvvəl bu qarışığı diblərinə sürtün, sonra saçlarınızı selofanla örtüb, dəsmalla bağlayın. Bunu ayda bir dəfə etməyiniz məsləhətdir.

· Yarım stəkan quru kəklikotunu toz halına gətirib, üzərinə iki stəkan qaynar mineral su əlavə edin. Qarışıq dəmlənib, soyuduqdan sonra süzgəcdən keçirin.

Başınızı yuduqdan sonra dəmləməni başınızın diblərinə  sürtüb, masaj edin. Başınızı dəsmalla bağlayın və 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO