İraq və Suriyadan gətirilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

İraq və Suriyadan gətirilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: İraq və Suriyadan gətirilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

67541

Azərbaycan hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan ikisi qadın, beşi uşaq olmaqla ölkəmizə repatriasiya edilmiş yeddi nəfər Azərbaycan vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, müəssisəyə yerləşdirilən şəxslər dərhal zəruri qayğı xidmətləri ilə təmin olunub və onların ilkin tibbi ehtiyaclarının qarşılanması istiqamətində işlərə başlanıb.

Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərinin qiymətləndirməsini aparacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İraq və Suriyadan gətirilən azərbaycanlıların sayı açıqlandı 


Qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir repatriant şəxsin sosial-reabilitasiya yönümlü zəruri sosial xidmətlərlə təmin edilməsi üçün fərdi inkişaf planları hazırlanaraq həyata keçiriləcək. Sosial reabilitasiya prosesi həmin şəxslər öz mənşə ailələrinə verildikdən sonra da davam etdiriləcək.

Qeyd edilən xidmətlər digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Xatırladaq ki, 2018-ci ilin avqust ayından etibarən İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli şəkildə həyata keçirilir.

Həmin vaxtdan da repatriasiya edilmiş hər bir vətəndaşla bağlı Agentliyin mütəxəssisləri tərəfindən sosial re-inteqrasiya və reabilitasiya məqsədli proqram tərtib edilib.

Psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilmələri də daxil olmaqla onlarla sosial işlər hazırda da davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO