Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının sağlamlığına xələl gətirən həkim Uroloq Araz Bayramovla bağlı bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Bu barədə Bizim.Media-ya telejurnalist Günel Gözəlova məlumat verib.
Onun sözlərinə görə proses öz xahişi ilə elə məhkəmə iclasında təxirə salınıb və növbəti məhkəmə iclasının aprelin 15-də keçirilməsi qərara alınıb.
Xatıladaq ki, Bayramov Araz Eldar oğlunun iddiaçı Anar Gözəlov Yaqub oğlunu 18 fevral 2021-ci il tarixində “Buta” Klinikasında etdiyi əməliyyat nəticəsində ikitərəfli beyin insultu, qanaxması ilə anlama və nitq qüsurlu qalmasına görə, ona qarşı mənəvi və maddi zərərin ödənilməsinə dair mülki iddia qaldırılıb.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistin həyat yoldaşını şikəst edən həkim hələ də CƏZASIZ qalıb - Keçmiş hakim niyə ƏL ÇƏKMİR?
2 iyul 2021-ci il tarixində iddiaçı tərəf olaraq dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunub.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, iş № 2(005)- 3675/2021 qətnaməsininin qərəzli olduğunu qeyd edən iddiaçı tərəf zərərçəkən olaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, məhkəmə işi ilə bağlı qərar çıxaran Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev artıq hakimlikdən alınıb.
Xatırladaq ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib.
Alçina Amilqızı, Bizim.Media