Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA

Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA

Hazırda oxunan: Cəlilabadda uçqun olan məktəblə bağlı AÇIQLAMA

67417

Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamada deyilir:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. 

Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib. 

Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO