Mənim  yaşamağa  haqqım catırmı?!

Mənim yaşamağa haqqım catırmı?!

Hazırda oxunan: Mənim yaşamağa haqqım catırmı?!

67351

Quba rayon sakini Nazif Tağıyev Moderator.az ”“a maraqlı məktub göndərib. Həmin məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırq:

“Əvvəlcə  özüm  haqda.  1957-ci  il  16  noyabrda  Quba  rayonunun  Susay  kəndində  anadan   olmuşam.  Ali  təhsilliyəm.  Evliyəm.  Üç  övladım  var.  Ehtiyatda  olan  kapitanam.  " Vətən  uğrunda "  medalı  ilə  təltif  olun-muşam.2-ci qurup muharibə əliliyəm.

1992-ci  ilin  iyununa  qədər  Quba  rayon  təhsil  şöbəsində  fikiza  fənni  üzrə  metodist  işləyirdim.  Məlum  Qarabağ  hadisələrindən  sonra  könüllü  olaraq  torpaqlarımızın  müdafiəsinə  qalxdım.  1992-ci  ilin  iyunundan  1997-ci  ilin  sentyabrına  kimi  komandir  batareya  vəzifəsində  dövlətimə,vətənimə xidmət  etdim  və  döyüşlərin  fəal  işitirakçısına çevrildim.

 Düşmənin  38-dən  yuxarı  canlı  qüvvəsinin,  6 ( altı )  ədəd  tank  və  PDM-ni  vurub  məhv  etdim.  1993-cü  il  23  dekabrda  saat  15  radələrində  4  nəfərlik  kəşfiyyat  dəstəsi  ilə  düşmən  tankının  səngərinə  girib  bütün  heyəti  məhv  etdik.  İşin  davamı  kimi  düşmənin  iki  nəfərlik müşahidə  məntəqəsini  dağıtdıq.  Tankı  yararsız  hala  salıb,  məntəqənin  avadanlıqlarını  ələ  keçirdik.  Qayıdan  baş  öz  tankımızdan  açılan  sərrast  atəşlə  dəştəmiz  vuruldu.  Bu  əvvəlcədən  düşünülmüş  xəyanət  idi.  Düşmən  nəzarətində  olan  minalanmış  ərazidə  idik.  Dəstəmiz  aşağıakılardan  ibarət  idi.

1.  Mən-Tağıyev  Nazif-baş  leytenant.

2.  Tağıyev  Rizvan-baş  leytenant  ( Göy-göl )

3.  Əliyev Şərapuddin-kiçik  leytenant  ( Balakən  Kortala  kəndi)

4.  Qurbanov  Vüqar-çavuş  ( Bakı )

Həmin  atəş  nəticəsində  Rizvan  kontuziya  alaraq  düşmənin  əlinə  keçdi.  Sonradan  onun  işgəncə  verilmiş  meyidini  tapdıq.  Şərapuddin  gözündən,  Vüqar  qarnından  ölümcül  yaralanmışdılar.  Özüm  də  haradasa  10-15  dəqiqədən  sonra  ayıldım.  Bu  müddətdə  " Qara  Tunel "-də  idim.  Ayılmağım  qəfil  oldu.  Şərapuddini  və  Vüqarı  nisbətən  təhlükəsiz  əraziyə  çəkə  bildim.  Bu  işə  öz  pulemyotumuzdan  açılan  aramsız  atəş  çox   ma-ne  olurdu.Eyni zamanda  düşmənin  çox  böyük  canlı  qüvvəsi  ilə  təkbaşına  döyüşürdüm.  Elə  bil  bu  işdə  mənə  gözəgö-rünməyən  ilahi  qüvvə  kömək  edirdi.  Açdığım  hər  atəş  kimisə  sıradan  çıxarırdı.  Son  güllələrim  də  qurtarmışdı.  Əsir  düşməmək  üçün  son  qumparam  ilə  üçümüzüdə  partlatmaq  istəyirdim.  Daxili  Qoşunun  əsgərləri  köməyimə  gəldi.  Yaralıları  arxaya  göndərə  bildim.  Dekabr  ayının  25-də  düşmənin  20-dən  çox  texnikası  üstümüzə  yeriyirdi.  Məqsədləri  Ağcəbədini,  Beyləqanı  bütünlüklə,  İmişlinin  bir  hissəsini  işğal  etmək  idi.  Onlara  ilk  atəş  açan  mən  oldum.  İki  sərrast  atəşlə  iki  tanklarını  vurdum.  Düşmənin  bütün  planları  pozuldu.

Lakin  2012-ci  ildə  məkəmə  tribunasından  mənə  utanmaz-utanmaz  deyəcəklər  ki,  sən  ümumiyyətlə  Fizuli  bölgəsində  olmamısan.  Baxmayaraq  ki,  o  dövrün  mətbuatında  dərc  olunan  məqalələr,  aldığım  pul  mükafatları,  ezamiyyə  vərəqələri,  üçqat  əmək  haqqım  inkarolunmaz  faktlar  idi.  1994-cü  ilin  aprel-may  aylarında  rəhbəri  olduğum  batareya  Bərdə-Tərtər  istiqamətində  gedən  döyüşlərdə  olduqca  fəal  oldu.

İki  dəfə  aldığım  kontuziya  səbəbindən  dişlərim  töküldü,  16  gün  işığa  həsrət  qaldım.  6  ay  yarım  Hospitalda  ölüm-qalım  savaşı  apardım.

Ordudan  təxris  olunan  kimi  yenidən  metodist  işləyirdim.  Həm  də  Quba  özəl  Türk  liseyində  şagird-ləri  fizika  fənni  üzrə  olimpiadaya  hazırlayırdım.  2002-ci  ilə  qədər  hər  il  13-14  şagirdim  respublika  çem-pionu  olurdu.  Onlardan  üç  və  ya  dörd  şagirdim  Dünya  olimpiadasında  iştirak  edirdi.

2000-ci  ildə  Məleykə  Abaszadə,  Kərim  Kərimov  və  Misir  Mərdanov  Quba  İcra  Hakimiyyətində  fəallar  ilə  görüş  keçirirdilər. Şəxsən  Təhsil  naziri  olan  Misir  Mərdanova  bildirdim  ki,  bu liseylərin  işi  heç  də  Azərbaycanda  təhsili  inkişaf  etdirmək  deyil.  Onların  gizli  niyyətləri  var.  Həmin  niyyətin  nə  olduğunu  mən də  dəqiq  bilmirdim.  Lakin  onların  əsas  işinin  təhsil  vermək  olmadığı  mənim  üçün  dəqiq  idi.  Qısa  ca-vab  aldım. 

      -Müəllim,  razı  deyilsənsə  işləmə.

Elə  də  etdim.  Bir  ildən  sonra  onların  bu  sahədəki  işi  sıfra  düşdü.  Vəziyyətdən  narahat  olan  hörmətli  professorumuz  Mirzəli  Murquzov  2004-də  Qubaya  gəldi  və  mənə  dedi:

     - Müəllim, gedək  səni  onlarla  barışdırım.

        Dedim:

     - Mən,  o  şagirdləri  çoban  kürkündə,  şam  işığında  və  soyuq  taxta  butkalarda  hazırladım.  Canımı  itirdim.  Görəsən  Misir  müəllim  quru  " sağ  ol "  deyəndə  nəyi  itirirdi.

Mənə  məlum  olmayan  yollarla  qidama  qatılmış  radioaktiv  preparat  artıq  təsirini gostərirdi.  Bu  preparat  Ermənistanda  istehsal  olunub.  İlk  vaxtlarda  həmin  preparatın insanda  heç  bir  əlaməti üzə cıxmır.   Sonradan  mole-kulları  ionlaşdıraraq  orqanizmdə  ağır  fəsadlar  törədir.  Keçən  əsrin  ortalarında  ölkəmizdə  bu Babayan  təcrü-bəsi  gizli  şəkildə  sınaqdan  keçirilib. 

1992-ci  ilin  nayabrına  qədər  düşmənin  dörd  tankinı  vurmuşdum.  Həmin  ili  noyabrın  11-də  ermə-nilər  rasiyamıza  düşərək  " Tuz "  ləqəbli  mənə  bildirdilər ki,  Artsax  hərbi  tribunalının  mənim  haqqımda  ölüm  hökmü  var:  Məni  diri-diri  ayaq  nahiyəsindən  başlayaraq  hər  10 sm-dən  bir  doğrayıb  başımı  da  Yere-vanın  ən  hündür  yerindən  asacaqlar.  Deməli,  ermənilər  müharibələrini  aparırlar.  Bu  iyrənc  variant  keçən  əsrin  80-cı  illərində  başlayıb,  bu  gün  də  davam  edir.  Nəticə  də  var.  Şəkər  xəstələri  10,  xərçəng  xəstələri  8-dəfə  çoxdur.  Hipotetlər  həndəsi  silsilə ilə  artır.  Bu  xstəliklərlə  doğulan  körpələrimiz  də  var.  Təbii,və genetik amillər  bu  məsələdə  10%-dən  artıq  rol  oynamır.  Tətbiq  sahəsi  əsasən  orta  təbəqədir.  Bizdə  də  kimlərsə  həmin  preparatdan  qisas,  kimlərsə də  gəlir  mənbəyi  kimi  istifadə  ediblər.20 yanvar faciəsinə,Xocalı soyqırımına,bütövlükdə Qarabağ savaşına da, bizə qarşı aparılan bu iyrənc müharibənin tərkib hissəsi kimi baxmaq lazımdır.O zaman bir nəticəyə nail ola biləcəyik.        

Əsas  məqsədləri  Azərbaycanın  genefondunu  məhv  etmək,  qan  düşmənçiliyi  salaraq  Azərbaycanı  Suriya  və  İraqa  döndərmək,  onu  içəridən  dağıltmaq,  Azərbaycanın  qoşulduğu  iri  kontrakt  və  lahiyələri  heçə  endirməkdir.

Səhhətimin  pisləşməsindən  narahat  olan  bütün  Susay  camaatı  mənə  mənəvi  dəstək  kimi  Prezident  cənab  İlham  Əliyevə  müraciət  ünvanladılar  ki,  mənim  hərbi  sahədəki  işim  öyrənilsin,  qiymətləndirilsin.  Onlara  daha  22  kənd  və   Quba şəhərinin özündən  750  nəfər  də  qoşuldu.  Yeri  gəlmişkən  onların  hər  birinə  təşəkkürümü  bildirirəm.  2008-ci  ildə  məni  " Vətən  uğrunda "  medalı  ilə  təltif  etdilər.

Bütün  hərbi  hissələrdə  elan  etmişdilər  ki,  üç  və  ya  dörd  tank  vuran  hər  kəs  " Milli  qəhrəman "  adına  layiq  görüləcək.

Axı,  söz  kişinin  ağzından  çıxır...

Məndə  bu  rəqəm  altıdır.  İki  ağır  yaralı  yoldaşımı  şanşı  sıfır  olan  vəziyyətdə  mühasirədən  çıxarmışam.  Eyni  əmələ  görə  SSRİ-də  həmin  adama  " Sovet  İttifaqı "  qəhrəmanı  adını  verirdilər.Yəni,Rus  şovinizmində  qınadığımız  dövlətdə.

Görəsən  mən  hansı  şovinizmin  qurbanıyam?!

Bu  anlaşılmamazlıqları  məhkəmə  vasitəsi  ilə  aydınlaşdırdım.  Məlum  oldu  ki,  xidmət  etdiyim  hərbi  hissədən  təltif  olunmağım  haqda  vəsadət  olub.

Bağramyanın  Həzi  Aslanova  tutduğu  divanın  betəri  mənə  tutulub.

Vurduğum  tankların  heç  biri  mənim  adımda  deyil.  Mənə  sadəcə  tankları  vurduğum  barədə  ara-yışlar  veriblər.  Guya  Fizuli  bölgəsində  ümumiyyətlə  olmamışam.

Bu  qədər  rəzilliyi  kim  qəbul  edə  bilər? 

2006-cı  ildə  mənə  bağırsaq  xərçəngi  diaqnozunu  qoydular.  " Lanset "  klinikasında  əməliyyat  olundum.  Qoyulan  səhv  diaqnoz  məni  ömürlük  şikəst  qoydu.  2010-cu  ildə  bədənimdən  5 kq-dan  çox  sirop  kənarlaşdırıldı.  Əməliyyat  " Lanset "  klinikasında  aparıldı.  Həmin  radioaktiv  preparatın  fəsadları  idi.  Bu  haqda  " Milli "  onkologiya  mərkəzindəki  həkimim  mənə  bildirmişdi  ki,  mənim  çox  güclü    və  xəbis  düşmənim  var.  " Güven " klinikasında  məlum  oldu  ki,  məndə  xərçəng  xəstəliyi  yoxdur.  Fəsadların  hamısı  qida  pozğunluğu  ilə  əlaqədardır.

 Mənim  müalicəm  və  bərpam  mümkündür,  lakin  xaricdə.  Bu  məqsədlə  Səhiyyə  Nazirliyinin  xətti  ilə  üç  dəfə  " Əhalinin  Respublikadan  kənar  müalicə  və  bərpa "  komissiyasında  oldum.  Birinci  və  üçüncü  dəfə  " Milli" onkologiya  mərkəzinə,  ikinci  dəfə  Topçubaşov  adına  xəstəxanaya  göndərməklə  işlərini  bitmiş  hesab  etdilər.  Guya  onların  yolunu  özüm  tanımıram.

Həmin  komissiyanın  sədri  Nəsib  Quliyev  haqqında  şəxsi  mülahizələrim  belədir:

1.  Ya  o  adam  əməlli-başlı  dəlidir.  Nə etdiyinin  fərqində  deyil.

2.  Onkoloji  testi  oxuyub  təhlil  edə  bilməyəcək  səviyyədə  savadsızdır.

3.  Bizə  düşmən  ölkənin  oturuşmuş  agentidir.

4.  Ya  da  çox  ağıllı  və  savadlıdır.  Qarabağ  əlilinə  edəcəyi  yaxşılığa  görə  itirəcəyi  mövqeyindən  qorxur?!

  Cənablar !

 Mənim  müəllim  haqqımı  taptalamaq  olar. 

 Mənə  verilmiş  dərmanın  edə  bilmədiyini  başqa  yolla  başa  çatdırmaq  olar.

Sığorta  və  hərbi  xidmət  dövrünün  məzuniyyət  pullarını  verməmək də  olar.

Xaricdə  müalicəm  və  bərpam  sizlik  olmadı.

Vurduğum  tankları  başqalarının  adına  yazıb  görmədiyi  işə  görə  kimlərəsə  yüksək  təltif  də  vermək  olar.  Lakin  o,  iki  şəhidi  mənim  əlimdən  ala  bilməzsiniz. Onlar  mənə  məxsusdur.  Onları  mühasirədən  çıxarmaq  üçün  Allah  qarşısında  imtahan  vermişəm.

Deyəsən  mən  bu  həyatdakı  missiyamı  başa  çatdırmışam.  Üç  arzum  qalır.

1.  Tağıyev  Rizvan  və  Əliyev  Şərapuddinin  qəbirlərini  ziyarət  etmək.

2.  Bir  dəfə  müqəddəs  yerlərdə  olmaq.

3.  Bizi  gözləyən  müqəddəs  savaşda  iştirak  etmək.

Bütün  qohum-qardaşdan,  elimdən-obamdan,  mindən  yuxarı  yetirməmdən,  tələbə  və  cəbhə  dostla-rımdan,  din  adamlarından,  iqtidar  və  müxalifətdən,  nəhayət  bütün  Azərbaycan xalqından  soruşuram:

Müəllim  ləyaqətimi  və  döyüşçü  şərəfimi  qorumaq  üçün  17  il  mübarizə  apardım.Vətəni qorumaqa gücüm yetsə də,  onları  layiqincə qoruya  bilmədim.İndi siz deyin,mənim  yaşamağa  haqqım  çatırmı?!”x9d

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO