Sabah Bakıda 25 dərəcə isti olacaq 

Sabah Bakıda 25 dərəcə isti olacaq 

Hazırda oxunan: Sabah Bakıda 25 dərəcə isti olacaq 

67294

Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. 
Nisbi rütubət 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO