Baş prokuror Kamran Əliyev kollegiya iclası keçirdi - FOTO

Baş prokuror Kamran Əliyev kollegiya iclası keçirdi - FOTO

Hazırda oxunan: Baş prokuror Kamran Əliyev kollegiya iclası keçirdi - FOTO

67176

Bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunan kollegiya iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Kollegiya iclasında çıxış edən Baş prokuror işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 7 may 2021-ci il və 3 mart 2022-ci il tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyev Aİ rəsmisi ilə korrupsiya məsələsini müzakirə etdi


Qeyd olunan məsələlərlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış edibər.

Aparılan müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO