"Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət edən turistlərin sayı açıqlandı - FOTO

Hazırda oxunan: "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət edən turistlərin sayı açıqlandı - FOTO

67161

"İndiyədək "Quba Soyqırımı Memorial Kompleksi"ni 60-dan çox ölkədən gələn turist və nümayəndə heyətləri ziyarət edib. Ziyarətçilər arasında ölkə vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar çoxluq təşkil edib".  

Bizim.Media xəbər verir ki, bu sözləri Quba İH başçısı Ziyəddin Əliyev 31 mart-azərbaycanlıların soyqırımı günü ilə bağlı bu gün "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Qubada keçirilən konfransda deyib.  

Onun sözlərinə görə, zaman -zaman ermənilərin vəhşiliyinə məruz qalan Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırım faktı Quba qəzasında törədilib.

Daşnak-erməni işğalçılarla gedən döyüşlərdə yerli vətəndaşlar Qafqaz-İslam Ordusu ilə birgə vuruşaraq ciddi müqavimət göstəriblər: 
 
"Qardaş türk əsgərləri gedən döyüşlərdə qəhrəmancasına həlak olublar. Hazırda Qubanın İqriq kəndində 2, Susay kəndində 1 naməlum türk əsgərinin məzarı var. Onların abidəsi həmişə sakinlər və rayona gələn turistlər tərəfindən ziyarət olunur və yaxşı vəziyyətdədir". 

Ziyəddin Əliyev çıxışında ilboyu ziyarət olunan Quba Soyqırımı Memorial Kompleksinin sabah geniş kütlə tərəfindən ziyarət olunacağını deyib.  

Elmi-praktik konfransda Tahir Budaqov, Ziyəddin Əliyev, Elçin Məmmədov, Elnur Məmmədovdan sonra Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü "Ortaq kədər və tarixi qardaşlıq", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Ermənistanın soyqırım siyasətinin dini aspektləri", Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli "Erməni vəhşiliyi tarixin yaddaşında: dağıdılmış və yandırılmış tarixi abidələr", millət vəkili Anar İskəndərov "Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci il mart soyqırımı" mövzularında məruzə ediblər.  

Konfrans Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun yekun sözü ilə başa çatıb. 
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib.  
Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO