Gəncədə bir nəfər tanışını bıçaqla qətlə yetirdi

Gəncədə bir nəfər tanışını bıçaqla qətlə yetirdi

Hazırda oxunan: Gəncədə bir nəfər tanışını bıçaqla qətlə yetirdi

66947

24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

Mənbə qeyd edir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncu aldığı xəsarətdən  ölüb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Emil Quliyev təqsirləndirilən şəxs qismində  cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO