DTX-nin müharibə vaxtı Ermənistanda müşahidə kameralarına girişi ələ keçirdiyi görüntülər yayıldı - VİDEO

DTX-nin müharibə vaxtı Ermənistanda müşahidə kameralarına girişi ələ keçirdiyi görüntülər yayıldı - VİDEO

Hazırda oxunan: DTX-nin müharibə vaxtı Ermənistanda müşahidə kameralarına girişi ələ keçirdiyi görüntülər yayıldı - VİDEO

66886

Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Ermənistanda, təxminən, 300-dək müşahidə kamerasına girişi ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə səsləndirilib.

"Ermənistan internet mühitini bağlamışdı və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan təcavüzkar dövlətdir. Ona görə də biz tədbir görməyə məcbur qaldıq. Ermənistanda, təxminən, 300-dək müşahidə kameralarını ələ keçirdik", - filmdə bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan generalından Ermənistana XƏBƏRDARLIQ 


"Torpaqlarımız işğaldan azad edildikcə, bu məlumatlar şəffaflıqla Azərbaycan mətbuatında var idi. Amma bu, Ermənistan mətbuatında yox idi. Ermənistan əhalisi elə bilirdi ki, o torpaqlar heç də işğaldan azad olunmayıb. Onların gözündə hər şey qaydasında olduğu kimi görünürdü. Biz məcbur qaldıq ki, Ermənistan ictimaiyyətinə, xüsusilə valideynlərə həqiqəti çatdıraq.

Onlara bir yaxşılıq etməyi düşündük və beləliklə, 300-dən çox kamera vasitəsilə erməni dilində mətn səsləndirdik. Bununla da on minlərlə əhaliyə mesaj çatdırmış olduq ki, övladlarınızı göndərməyin. 
Cəbrayıl, Füzuli istiqamətində digər uğurlu əməliyyatlarımız barədə onları məlumatlandırdıq və həqiqətləri dedik. Eyni zamanda itkilərinin sayı barədə onları məlumatlandırdıq. 

Azərbaycanın bütün beynəlxalq sənədlərlə tanınmış torpaqlarını işğaldan azad etməkdə haqqı var və torpaqlar artıq işğaldan azad olunub. Hətta biz bu mesajların az olduğunu düşünürək internet səhifəsi hazırladıq. Bəlkə də Ermənistanda 50 minədək mənzillərin, ofislərin internet trafikini buraya yönəltdik", - filmdə qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO