Xaçmazda kütləvi dava – İki gənc bıçaqlandı 

Xaçmazda kütləvi dava – İki gənc bıçaqlandı 

Hazırda oxunan: Xaçmazda kütləvi dava – İki gənc bıçaqlandı 

66388

Xaçmazın Yalama kəndində iki gənc bıçaqlanıb.  

Bizim.Media-nın regional bürosu xəbər verir ki, rayonun Düztahiroba kənd sakiniləri, 25 yaşlı Namiq Cəfərov döş qəfəsinin daxilə keçən yarası və 20 yaşlı Sadəddin Novruzov isə sol çiynin deşilmiş yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.  

Onlara cərrahiyyə şöbəsində dərhal tibbi yardım göstərilib. Xaçmaz polisi dərhal  gəncləri bıçaqlayan şəxsləri saxlayıb. 

Belə ki, hadisənin Düztahiroba kənd sakinlərini Yalama kənd sakinləri -24 yaşlı Murad Salahov və 20 yaşlı Arzu Əliyev tərəfindən törədildiyi bəlli olub. Onlar törətdikləri əməli etiraf ediblər. Dörd gəncin hansı səbəbdən dava etdiyi isə məlum deyil. 

Faktla bağlı Xaçmaz polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO