"Ermənilərin informasiya təxribatı davam edir".
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 25.03.2022
Müdafiə Nazirliyinin MƏLUMATI: “Hərbçilərimizin həlak olması xəbərləri yalandır”
Hazırda oxunan: Müdafiə Nazirliyinin MƏLUMATI: “Hərbçilərimizin həlak olması xəbərləri yalandır”
Hazırda oxunan: Müdafiə Nazirliyinin MƏLUMATI: “Hərbçilərimizin həlak olması xəbərləri yalandır”
66372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.