Cənub bölgəsində qar ən çox hansı kəndlərə yağıb?

Cənub bölgəsində qar ən çox hansı kəndlərə yağıb?

Hazırda oxunan: Cənub bölgəsində qar ən çox hansı kəndlərə yağıb?

66114

Yaz fəsli daxil olsa da, ölkəmizdə hava şəraitinin kəskin dəyişməsi səbəbindən bəzi bölgələrimizdə hələ də qış havası yaşanır. Bir neçə gündür ki, cənub bölgəsinin dağlıq ərazilərinə qarın yağması müəyyən çətinliklərə yol açıb.

Bizim.Media xəbər verir ki, cənub bölgəsində qarın ən çox yağdığı ərazilər arasında Cəlilabadın xüsusən ucqar dağ kəndləri olan Şatırlı, Buravar, Musalı, Kövüzbulaq, eləcə də Yardımlı rayonu da var. 

Burada qarın hündürlüyü 40-60 santimetr, bəzi ərazilərdə isə hətta 1 metrə çatır.

Elə bu səbəbdən də Cəlilabad-Yardımlı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşıb. Qar ən çox Yardımlının Arvana kəndinə düşüb. Sakinlərin sözlərinə görə, burada qarın hündürlüyü 1 metri ötüb. Elə bu səbəbdən də bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsi məhdudlaşıb.

Yardımlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda Cəlilabad-Yardımlı avtomobil yolunun qartla örtülən hissələri texnikalar vasitəsilə təmizlənir.
Lakin yolun yüksək dağlıq ərazilərində qarın hündürlüyünün 1metri keçməsi texnikaların işini də çətinləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO