“Zerkalnı”x9d nömrələr ağaca dırmaşır...

“Zerkalnı”x9d nömrələr ağaca dırmaşır...

Hazırda oxunan: “Zerkalnı”x9d nömrələr ağaca dırmaşır...

66020
Moderator.az oxuculara və Baş Dövlət Yol Polisi İdarəsində nömrə işinə baxan dəllalların diqqətinə bir fotonu təqdim edir. Bu foto saytın əməkdaşı tərəfindən metronun "20 yanvar" stansiyasının çıxışında çəkilib. 
Görəsən, bu cür satış növü qəbulediləndirmi və vətəndaşın dövlət nömrə nişanını satışa çıxarmasının cəzası nədir? Yaxud hər şeyin alınıb-satıldğı bu ölkədə bircə o qalmışdı ki, maşın nömrələri daşa-divara, ağac gövdələrinə yapışdırılaraq satışa çıxarıla... 
Moderator.az çox hörmətli, çiyni polkovnik paqonlu həmkarımız-BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevdən bu cür nömrələrin orta bazar qiymətini öyrənməyə çalışacaq. Cavab verməsə heç olmasa bu cür satış növünün İnzibati Xətalar Məcəlləsinin hansı maddəsiylə qadağan edildiyini öyrənmiş olarıq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO