Qusarın Ləzə kəndinin sakinlərinin mobil aləmdən əlaqələri tam kəsilib.
Kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib ki, artıq 12-ci gündür kəndi Nar və Baksell mobil şəbəkə ilə təmin edən 10 min kilovoltluq elektrik xəttində nasazlıq yaranıb.
Bu barədə mobil qurumlar da məlumatlandırılıb. Nasazlıq aradan qaldırılanadək ərazidə müvəqqəti olaraq generator da qoyulub. Qurumlar bir-iki dəfə generatoru yanacaqla təmin etsə də tükənib. Artıq sakinlər neçə gündür özləri generatora yanacaq tökərək mobil şəbəkədən istifadə edirlər.
Məlumata görə, nasazlığın nə vaxt aradan qaldırılacağı barədə konkret söz deyilmir.
Hələlik dağ kəndinin sakinləri Novruz bayramlaşması üçün generatoru yanacaqla təmin etməyə məcburdurlar. Üstəlik 1 metrə yaxın qar yağması da onlara əlavə çətinlik yaradıb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:44 / 20.03.2022
Qusarın bu kəndində 12-ci gündür elektrik xəttində nasazlıq yaranıb - ŞİKAYƏT
Hazırda oxunan: Qusarın bu kəndində 12-ci gündür elektrik xəttində nasazlıq yaranıb - ŞİKAYƏT
Hazırda oxunan: Qusarın bu kəndində 12-ci gündür elektrik xəttində nasazlıq yaranıb - ŞİKAYƏT
65756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.