DTX-nın Mədəniyyət Mərkəzində “Novbahar” tamaşası nümayiş etdirildi - FOTO

DTX-nın Mədəniyyət Mərkəzində “Novbahar” tamaşası nümayiş etdirildi - FOTO

Hazırda oxunan: DTX-nın Mədəniyyət Mərkəzində “Novbahar” tamaşası nümayiş etdirildi - FOTO

65735

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tam yeni ssenari əsasında hazırlanan “Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi yayıb.

Mənbə qeyd edir ki, DTX-nin əməkdaşlarının və Vətən müharibəsi şəhidlərinin azyaşlı övladları üçün təşkil olunmuş bu musiqili tamaşada peşəkar aktyorlarla yanaşı, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Vətən” teatr studiyasının nümayəndələri də çıxış ediblər. 

Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlara xoş təəssürat bağışlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO