Ağcabədidə oğurluqla məşğul olan 2 nəfər saxlanıldı - FOTO

Ağcabədidə oğurluqla məşğul olan 2 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Ağcabədidə oğurluqla məşğul olan 2 nəfər saxlanıldı - FOTO

65609

Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən bir qrup rayon sakini onlara məxsus obyektlərdən oğurluqlar edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakinləri Vüsal Mustafayev və Niyazi Abdullayev saxlanılıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda evlərdən oğurluq edənlər saxlanıldı – 3700 manat dəyərində...


Araşdırmalarla onların qabaqcadan əlbir olaraq rayon ərazisindəki fermaların birindən 2000 manat dəyərində dəmir boru, naqil, bir mağazadan geyim əşyaları, digər mağazadan 360 manat pul, 1600 manat dəyərində tütün məmulatları və ərzaq məhsulları oğurladıqları müəyən edilib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO