Ermənistan hava məkanını Azərbaycan və Türkiyə üçün açıb? - VİDEO FAKT

Ermənistan hava məkanını Azərbaycan və Türkiyə üçün açıb? - VİDEO FAKT

Hazırda oxunan: Ermənistan hava məkanını Azərbaycan və Türkiyə üçün açıb? - VİDEO FAKT

6535

Türkiyənin “Turkish Airlines” şirkətinə məxsus Bakı-İstanbul reysi ilə uçan sərnişin təyyarəsi bir neçə saat əvvəl Ermənistanın hava məkanından keçib.

Bu barədə flightradar.com-a istinadən Rusiyanın avia.pro saytı məlumat verib. Bu Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açdığını göstərir.

İndiyədək Türkiyə və Azərbaycan sərnişin təyyarələri Gürcüstanın hava məkanından keçirdi, çünki Ermənistan öz hava məkanını bağlamışdı. Bu da təyyarələrin daha uzun məsafə qət etməsi demək idi.

Ehtimal olunur ki, Ermənistanın hava məkanını Azərbaycana uçan mülki təyyarələr üçün açması 10 noyabr üçtərəfli razılaşması əsasında baş verir. Həmin razılaşmaya əsasən tərəflər bütün nəqliyyat kommunikasiyalarını qarşılıqlı olaraq bərpa etməlidirlər.

Üçtərəfli razılaşma habelə Qarabağdakı sülhməramlı kontingent üçün yüklər daşıyan Rusiya hərbi-nəqliyyat təyyarələrinin də Azərbaycanın hava məkanından keçməklə Ermənistana reyslər həyata keçirməsinə imkan verir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO