Avropa Parlamentinin Azərbaycanla bağlı bu qətnaməsi pisləndi

Avropa Parlamentinin Azərbaycanla bağlı bu qətnaməsi pisləndi

Hazırda oxunan: Avropa Parlamentinin Azərbaycanla bağlı bu qətnaməsi pisləndi

65266

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.

Bizim.Media xəbər verir ki, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılmış və qərəzli hesab edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi - SİYAHI - FOTO


Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “erməni” abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur.

Belə ki, azad edilmiş ərazilərdə (67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılmış, Şuşadakı Yuxarı Gövhərağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilmişdir) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.

Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə, ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.

Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO