Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi

Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi

Hazırda oxunan: Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi

6520

Dünya Müsəlman Alimlər Birliyi həkimlər tərəfindən təsdiqlənmiş yeni növ koronavirus (Covid  19) peyvəndinin dini baxımdan uyğun olduğu barədə fətva verib.

Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Muhyiddin əl-Karadaği yazılı açıqlamasında Covid-19 peyvəndi mövzusunda həkimlərə etibar etməyin vacib olduğunu söyləyib.

Almaniyanın "Pfizer-Biontech" şirkəti başda olmaqla Covid-19 peyvəndləri haqqında bir çox sual aldığını söyləyən Karadaği, "Tibbi ictimaiyyət bu peyvəndin müəyyən qrup və fərdlər üçün lazım olduğuna qərar veribə, bu, zehni və fiziki sağlamlığı qorumaq və epidemiyanın yayılmasının qarşısını almaq üçündür. Din baxımından da qəbul ediləndir",- deyib.

Peyğəmbərin "İslamda zərərə və ziyana dönüş yoxdur" hədisinə toxunan Karadaği epidemiya olduğu təqdirdə müalicənin zəruri olduğuna və fətvaların yalnız elm adamları tərəfindən verilə biləcəyinə də əlavə edib.

Karadağı, fətvanın peyvəndin mütəxəssis qurumlar tərəfindən təsdiqinə, faydasını və təsirini sübut etməsinə bağlı olacağını da qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO