Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirildi - FOTO

Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirildi - FOTO

Hazırda oxunan: Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirildi - FOTO

65190

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Beynəlxalq Münasibətlərin Təhlili Məkəzində növbəti iclası keçirilib.

Qrupdan Bizim.Media-ya verilən xəbərə görə, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspert qrupunun üzvləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirildi


Ekspert qrupunun ölkəmizə səfərinin məqsədi işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan Hökumətinin münaqişəyə məruz qalmış ərazilərdə ekosistemlərin bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə bağlı birbaşa mənbələrdən məlumatların toplanmasıdır.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilatı dəstək göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəz və aidiyyəti qurumların nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətdə olan işçi qruplar, ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər haqqında ekspert qrupuna məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO