Azərbaycanda deputatsız dairələrin sayı 7-yə çatdı

Azərbaycanda deputatsız dairələrin sayı 7-yə çatdı

Hazırda oxunan: Azərbaycanda deputatsız dairələrin sayı 7-yə çatdı

65154

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb. 

Bizim.Media xəbər verir ki, bununla da Azərbaycanda deputatsız dairələrin sayı 7-yə çatıb. 

Belə ki,  2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. 

Ötən ilin yayında deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda  isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib.

Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Hələ ki, parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib.

Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ay öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi  yaxın zamanda gerçəkləşəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Konstitusiyaya əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO