Azərbaycanda mobil internetin sürəti azaldı

Azərbaycanda mobil internetin sürəti azaldı

Hazırda oxunan: Azərbaycanda mobil internetin sürəti azaldı

65070

Bu ilin fevral ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,85 Mbit/s təşkil edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya "Speedtest Global Index"in məlumatlarında yer alıb.

Mənbə qeyd edir ki, bu göstərici yanvar ayı ilə müqayisədə 0,36% azalıb.

Cari ilin fevralında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,23% azalaraq 9,29 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,91 Mbit/s və 8,54 Mbit/s təşkil edib. Fevral ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 1 pillə geriləyərək 61-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (133,51 Mbit/s), Norveç (118,58 Mbit/s) və Cənubi Koreya (116,51 Mbit/s) daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO