Razi Nurullayev Əli Əsədovdan evi yanan və sığortası olmayanlar üçün kömək istədi

Razi Nurullayev Əli Əsədovdan evi yanan və sığortası olmayanlar üçün kömək istədi

Hazırda oxunan: Razi Nurullayev Əli Əsədovdan evi yanan və sığortası olmayanlar üçün kömək istədi

64947

"Hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə evi yananlar var. Sığortası olmadığına görə evsiz və zülm içində yaşamalı olurlar. Onlarla müraciət var, kömək edən yoxdur. Axı deyə bilmərik ki, sığorta etməmisən, edərdin, bizə nə?".

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

"Ölkəmizdə hələ də sığorta mədəniyyəti formalaşmayıb. Evi yanan ailələrlə bağlı, cənab Baş nazir, qərar vermək lazımdır.

Vəziyyətləri çox acınacaqlıdır. İmişlidə də evi yanan və ağır vəziyyətdə yaşayan 10-15 ailə var. Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın və sərtləşdirsin, bu günə qədər fəlakətlə üzləşənlərlə bağlı isə yardım qərarı verilsin. Cənab Baş nazir, Sizdən kömək gözləyirik", - deyə deputat vurğulayıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO