Ukraynada həlak olan azərbaycanlıların nəşi Bakıya gətirilir

Ukraynada həlak olan azərbaycanlıların nəşi Bakıya gətirilir

Hazırda oxunan: Ukraynada həlak olan azərbaycanlıların nəşi Bakıya gətirilir

64927

Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının nəşi “AZAL”ın İstanbul-Bakı reysi ilə Azərbaycana yola salınıb. 

Bizim.Media XİN-ə istinadən xəbər verir ki ki, 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal şəxsi təşəbbüsləri ilə Odessadan Moldova istiqamətinə gələrkən Kuçurqan keçid məntəqəsində odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişiblər. 

Xarkovda isə 1987-ci il təvəllüdlü Məmmədov Qoşqar həlak olmuşdu. 

Qeyd edək ki, həmin şəxslərin nəşi martın 14-də Moldovanın Kişinyov şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO