Hacıqabulda ağır qəza: 4 nəfər yaralandı

Hacıqabulda ağır qəza: 4 nəfər yaralandı

Hazırda oxunan: Hacıqabulda ağır qəza: 4 nəfər yaralandı

64806

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndiindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Lada”, “Hunday” və “Mersedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb.

Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Zaur Kərəm oğlu Həsənov, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Kənan Əjdər oğlu Göyüşzadə və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO