Füzuli rayonunda ölümlə nəticələnən yol qəzasında yaralanan şəxslərdən biri polis əməkdaşıdır.
Bu barədə Bizim.Media-ya hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, “Mercedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi vəzifəsində çalışır.
MÖVZU İLƏ BAĞLI:
Füzulidə 2 avtomobil toqquşdu: 2 ölü, 4 yaralı var - VİDEO
O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İ.Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müaviq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Bizim.Media