Azər Qərib soyad sonluğu BARƏDƏ:

Azər Qərib soyad sonluğu BARƏDƏ: "Ana-ata bir, uşaqlar fərqli familiya daşıyır"

Hazırda oxunan: Azər Qərib soyad sonluğu BARƏDƏ: "Ana-ata bir, uşaqlar fərqli familiya daşıyır"

64682

“Mənim uşağlarımın soyadı Qəribzadədir. Gəlinim də Qəribzadədir, böyük nəvəm də. İngilis dilində Garibzade yazılıb pasportlarında. Getmişik balaca nəvəmə şəxsiyət vəsiqəsi almağa, deyirlər ki, təzə qayda ilə Garibzada yazılacaq. Yəni ata-ana və qardaş bir soyad daşıyacaq, uşağın özü isə digər soyad”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalist, bloqer Azər Qərib sosial şəbəkə hesabından yazdığı statusda bildirib.

“Hər bir hərfin bürokratik aləmdə nə qədər böyük rol oynadığını məndən yaxşı bilən az olar, amma məni qədər təcüblənən də az olar belə absurd şeylərə. Qəribzadəni əvvəl Garibzadeh yazdılar, sonra Garibzade, indi Garibzada yazırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Efirdən qərib düşən Azər Qərib AzTV-də - VİDEO 


Mənim adım Azərdir, ingiliscə pasportda Azar yazırlar. Niyə? Ölkənin adı Azərbaycandır, ingiliscə Azerbaijan yazılır, Azarbaijan yazılmır axı! Bəs mən nəyə görə Azer deyil, Azar olmalıyam? Biz sənədləşdirmələri asanlaşdırırıq, elektron hökumət işləyir, məmur-vətəndaş təmasları minimuma endirilir, amma di gəl ki, tam alınmır, mız qoyan mütləq tapılır”, - deyə jurnalist şikayətlənib.  

Azər Qəribin sözlərinə görə, problem həll olunsa da, bu tip məsələlərin bütövlükdə həllinə ehtiyac var:

“ASAN sağ olsun, DİN-in Qeydiyat idarəsi sağ olsun, rəsmi müraciətə operativ baxdılar və problem Qanun çərçivəsində həll olundu, uşağın soyadı valideyinləri ilə eyni tərzdə yazıldı. Amma bu problemi bütövlükdə həll etmək lazımdır, nəyə görə insanlar əziyət çəkməlidirlər, nəyə görə rəsmi qurumlar belə mənasız qaydalara görə vaxt sərf etməlidirlər?”   

Bloqer problemin dilçilərdən qaynaqlandığını diqqətə çatdırıb:

“Mən araşdırdım, belə yazılış qaydasını dilçilər verirlər.  Hələ mən Zadə ilə bitən soyadlarının defislə yazılmasına qadağanı demirəm. Yəni, ana-ata olub, məsələn, Abbas-zadə, indi diliçilərin təklifi ilə Fərman çıxıb ki (Fərman e, ay kişi, Fərman!!), bəs bu gündən Abbaszadə yazılsın, defissiz. Yenə də ata-ana bir cür yazılır, övlad başqa cür.

Görün alimlərimiz nə ilə məşğul olurlar! Əminəm ki, bu haqda dissertasiyalar yazılır, E deyil, A olmalıdır, defis olmalıdır-olmamalıdır və digər bu tipli dahi mövzular ətrafında elmi diskussiyalar gedir, konfanslar, kitablar, bunu fikirləşənlər akademik filan olurlar, ayıb deyil sizə?”  

Azər Qərib bürokratik qaydaların yaratdığı çətinliklərdən də şikayətlənib:

“Bürokratiya bəşəriyətin ən böyük düşmənlərindəndir, o həmişə özünə iş tapacaq, biz isə bunun qurbanları olacayıq. Mən 12 ildir yeni evdə yaşayıram, bu müddət ərzində ünvanımız 3 dəfə dəyişib. 12 ildə 3 dəfə! Bir sənəddə bu ünvan, digər sənəddə digər ünvan, belə də dərd olar?

Ofisim də eynilə, nə məktub çatır, nə taksi düz gəlir, “zato” ünvan məsələsinə, ad-soyad məsələsinə baxanlar stabil maaş alırlar "gərgin" işlərinə görə. Nə isə, ünvan bir yana, bu ad və soyadlar məsələsində bir yekun qərar qəbul edilməlidir, ya imkan verin valideyin özü seçim etsin, ya da yüngülləşdirin proseduru. İnsanlar nəyə görə qapı-qapı düşüb elementar bir məsələyə görə vaxt, əsəb, pul itirməlidirlər? Onlar oralarda kosmosa uçurlar, biz buralarda defis davası döyürük...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO